Nəsrin Cavadzadə bunu edən ilk azərbaycanlı aktrisa olacaq

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Berkun Oyanın "Netflix" üçün hazırladığı layihədə rol alacaq.

Nəsrin Cavadzadə bunu edən ilk azərbaycanlı aktrisa olacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, ekran işi sosial problemlərdən bəhs edəcək.

8 bölümdən ibarət serialın prodüserləri Ali Farhonde və Nisan Ceren Göçendir. Adı hələlik dəqiqləşməyən ekran işinin önümüzdəki il yayınlanması planlaşdırılır.

Qeyd edək ki, layihə gerçəkləşərsə, N.Cavadzadə "Netflix" platformasında yayımlanan serialda rol alan ilk azərbaycanlı aktrisa olacaq.