Namaza hazırlaşan əsgərlərə terror hücumu-Afrikanı qan gölünə çevirdilər

Nigeriyanın Mali sərhədi yaxınlığındakı Tillaberi bölgəsindəki bir hərbi qarnizona terror hücumu edilib. 

Namaza hazırlaşan əsgərlərə terror hücumu-Afrikanı qan gölünə çevirdilər
https://peyk.az

Peyk.az sonxebere istinaden xəbər verir ki, hücum nəticəsində 70 nəfər ölüb. Bildirilir ki, terrorçular axşam namazına hazırlaşan əsgərlərə ağır silahlarla hücum ediblər.
Ağır silahlarla təchiz edilmiş maşın və motosikletlərlə qarnizona girən terrorçular atəş açıblar. Əsgərlər cavab atəşi açsalar da, terrorçular gecə ərzində qarnizona nəzarət ediblər. Köməyə gələn hərbçilər terrorçuları geri çəkilməyə məcbur ediblər.
Rəsmi açıqlama olmasa da, qeyd edilir ki, ən azı 70 əsgər və 57 terrorçu ölüb. Bir çox əsgər itkin düüb. Nigeriya prezidenti isə Misirə səfərini təxirə salaraq ölkəsinə qayıdıb.