NATO-dan təcili İraq qərarı

NATO İraqdakı hərbi personalın bir qisminin yerini müvəqqəti olaraq dəyişdirdiyini açıqlayıb.

NATO-dan təcili İraq qərarı
https://peyk.az

Peyk.az xəbər verir ki, NATO yanvarın 4-də təlimatçılarının təhlükəsizliyi ilə əlaqədar olaraq Bağdaddakı İraq hərbi qüvvələrini hazırlamaq missiyasını dayandırıb.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb.

Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.