NATO-nun fövqəladə iclası çağırıldı

NATO-nun baş katibi Yens Stoltenberq İran generalı Qasım Süleymaninin İraqda həlak olmasından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili surətdə Şimali Atlantika Şurasının iclasını keçirmək barədə qərar qəbul edib.

NATO-nun fövqəladə iclası çağırıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə alyansın nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

İclas sabah yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00-da) nəzərdə tutulub. NATO-dan agentliyə bildirilib ki, toplantıda İran generalı Qasım Süleymaninin ABŞ-ın zərbəsi nəticəsində həlak olmasından sonra İraqda yaranmış vəziyyət müzakirə ediləcək.