Neft-qaz sektoruna yatırılan investisiyalar açıqlandı

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.

Neft-qaz sektoruna yatırılan investisiyalar açıqlandı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb - 537,9 milyon manat, ən az isə fevralda - 358,9 milyon manat.

Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.