Netanyahu etiraf etdi: "İsraili nüvə gücünə çeviririk"

“İsraili nüvə gücünə çeviririk”.

Netanyahu etiraf etdi:
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Həftəlik Nazirlər Kabineti iclasında ölkəsinin Yunanıstan və Cənubi Kiprlə imzaladığı “Şərqi Aralıq Dənizi Təbii Qaz Boru Xətti” (Eastmed) layihəsi ilə bağlı danışan Netanyahunun dili sürüşüb. O, əvvəlcə “bu layihənin əhəmiyyəti İsraili nüvə gücünə çevirməyimizdir” dedikdən bir neçə saniyə sonra “enerji gücünə çevirməyimizdir” ifadəsi ilə cümləsini düzəldib.

Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun ötənilki hesabatına görə, beynəlxalq ictimaiyyətə əlindəki nüvə silahları ilə bağlı bilgi verməyən İsrail 80-90 nüvə silahına sahibdir.

İsrail hökuməti nüvə silahları ilə bağlı rəsmi açıqlama vermir.