"Neymar "Barselona"ya qayıtmalıdır" - Emeri

PSJ-nin sabiq baş məşqçisi Unai Emeri Neymarın "Barselona"ya transfer olunacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

https://peyk.az

Peyk.az Fransa mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis braziliyalı oyunçunun Kataloniya təmsilçisinə keçməsinin tərəfdarı olduğunu söyləyib: "Neymarın "Barselona"ya qayıtması ilə bağlı sözlər eşidirik. Onun PSJ-yə keçməsində iştirak etdim. İndi isə düşünürəm ki, o, geri qayıtmalıdır. Sabitliyə nail olmaq lazımdır. 27 yaşı var və dünyanın ən yaxşı oyunçusu olmaq üçün hər cür keyfiyyəti  var. Mən onun geri qayıtmasını istərdim. Çünki ən yaxşı oyunçular ən yaxşı komandalarda oynamalıdırlar".

Qeyd edək ki, U.Emeri 2016-2018-ci illərdə Paris təmsilçisini çalışdırıb.