“Niva” qaçıran şəxsdən soyuq silah götürüldü

Sumqayıtda avtomobil qaçıran şəxs tutulub.

“Niva” qaçıran şəxsdən soyuq silah götürüldü
https://peyk.az

Peyk.az xəbər verir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini A.Abbasov fevralın 1-də saat 2 radələrində 11-ci mikrorayon ərazisindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini T.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.