O qədər fotoşop etdi ki, divarlar əyildi

Müğənni Şəbnəm Tovuzlu İnstaqram səhifəsində yayımladığı fotoları ilə müzakirələrə səbəb olub.

O qədər fotoşop etdi ki, divarlar əyildi
https://peyk.az

Peyk.az axşam.aza istinadən xeber verir ki, sənətçi qaçış xalçasında çəkilən şəkillərinə "Gündə 30 dəqiqə, 8,5 sürətlə. Çox yaxşı nəticə ala bilərsiniz" sözlərini yazıb.

Şəbnəmin fotoşopla özünü arıqlatması və boyunu uzatması ələ salınıb. Müğənni o qədər fotoşop edib ki, arxada pərdə və divar da əyilib. izləyicilər onun şəklinə "Sizin divarlarınız da ömürboyu əyri oldu", "Boşağınızı elə bil çox uzatmısınız" kimi şərhlər yazıblar.

Şəbnəmin fotolarında tənqid edilən digər məqam isə onun qaçış xalçasına idman ayaqqabısı ilə yox, "makasin"lə çıxması olub.