"O uşaq elə həmin kişinin başqa qadından olan uşağıdır, qadınını aldadıb"- Efiri tərk edən Əjdər Həmidovdan Şok AÇIQLAMA

"Səni axtarıram"ın məşhur ekspertlərindən olan Xalq Artisti Əjdər Həmidov canlı efiri yarımçıq tərk edib. Bildirilir ki, canlı yayımda verilişə çıxan bir qadın övladlığa götürdüyü qızının keçmiş həyat yoldaşı tərəfindən İranda qanunsuz şəkildə saxlanıldığını iddia edib.

https://peyk.az

Xalq artisti isə qadına "Doğma övladınız deyilsə neynirsiniz o uşağı?" deməsi efirdə qalmaqala səbəb olub və Əjdər Həmidov efiri tərk edib.
Peyk.az sonxebere istinadən xəbər verir ki, Bununla bağlı açıqlamasında Xalq artisti dediyi sözləri təsdiq edib. O, bildirib ki, həmin uşaq artıq 4 ildir ki, İrandadır və ehtimal var ki, uşağın əsl atası elə həmin kişidir, yəni atalığıdır:

"Bəli, verilişdə elə bir hadisə baş verib. Mən də verilişi tərk edib getdim. Mənim şəxsi fikrim var və məni ekspert kimi ora dəvət ediblərsə, mənim danışmaq, öz fikrimi demək hüququm var. Mən o uşaq haqqında yalnız dedim ki, fakt o uşaq artıq 4 ildir ki İranda yaşadığına görə sizin uşaq deyil. Demişəm ki, uşaq sizin öz övladınız olmadığı üçün ömrü boyu əsl anasını axtaracaq, heç vaxt sizin yanınıza qayıtmayacaq. Mənim dediyim olacaq".
Əjdər Həmidov uşağın atası haqqında şok iddialar da səsləndirib. Belə ki, həmin uşağın atalığının elə öz atası olmasını deyərək, bu işin yalnız qəyyumluğa götürmək üçün yoldaşına qurulan oyundan ibarət olduğunu vurulayıb:
"Uşağın atalığı hazırda yanındadır. Amma şübhə var ki, o kişi başqa qadınla yaşayıb və uşaq da həmin qadından olub. Görəcəksiniz, o uşaq doğrudan da həmin kişinin öz uşağı çıxacaq, amma başqa qadından. O öz qadınını aldadıb ki, mən bu uşağı qəyyumluğa götürmək istəyirəm.