“Oğlum Sona Sonaldo deyir” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 16-cı turunun “Bernli” ilə matçında (5:0) Son Xın Minin bir neçə nəfəri keçərək vurduğu qol haqda fikirlərini bildirib.

“Oğlum Sona Sonaldo deyir” – Mourinyo
https://peyk.az

Peyk.az xəbər verir ki, matçdan sonra o deyib: “Bu, inanılmaz qol idi. Bu qola qədər mənim oğlum Ronaldonun (braziliyalı – red.) şərəfinə Soba Sonaldo deyirdi.

Bu qolu görərkən ağla ilk gələn Ronaldonun qolu olur. Mən bu qolu ser Bobbi Robsonun yanında işləyərkən görmüşdüm. Son əla oyunçudur. Sevinirəm ki, o, mənim komandamdadır”.