Ölkədə yenidən ara qarışdı – Paytaxtda partlayışlar

İraqın paytaxtı Bağdad şəhərində hakimiyyət əleyhinə yenidən kütləvi etiraz aksiyaları başlayıb.

Ölkədə yenidən ara qarışdı – Paytaxtda partlayışlar
https://peyk.az

Peyk.az xəbər verir ki, polis etirazlara bibər qazı və su şırnaqları ilə müdaxilə edib.

Qazdan zəhərlənən 27 nəfər xəstəxanalıq olub. Paytaxtın ayrı-ayrı istiqamətlərində baş verən partlayışda 3 nəfər yaralanıb.

Digər şəhərlərdə də dövlət qurumlarını mühasirəyə alan etirazçılar avtomobilləri yandırmağa başlayıb.