Ölkəyə gətirilən bu avtomobillərə əlavə gömrük vergisi tətbiq olunacaq

ABŞ Avropa İttifaqı ölkələrindən idxal olunan avtomobillərə 25% əlavə vergi tətbiq edə bilər.

Ölkəyə gətirilən bu avtomobillərə əlavə gömrük vergisi tətbiq olunacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Avropa İttifaqı ilə ABŞ arasında razılaşma əldə olunmasa, ölkəsi bu mexanizmə müraciət edəcək: “Nəticədə, çox asandır. Razılaşma əldə edə bilməsək, ittifaq ölkələrindən idxal olunan avtomobillərə 25% gömrük vergisi tətbiq etmək məcburiyyətində qalacağıq”.