Omanın yeni sultanından açıqlama

Omanın yeni Sultanı Heytəm bin Tariq Al Səid bundan sonrakı idarəetmə haqqında ilk açıqlamasını verib.

Omanın yeni sultanından açıqlama
https://peyk.az

Peyk.az-ın məlumatına görə, yeni hökmdar bildirib ki, ölkə xarici siyasət kursuna sadiq qalacaq.

“Oman Sultan Qabus tərəfindən müəyyənləşdirilmiş xarici siyasət kursunu davam etdirəcək, bölgədəki müharibə və qarşıdurmalara son qoymaq üçün hərəkət edəcəyik”, – Sultan deyib.

Onun sözlərinə görə, Sultanlıq BMT sistemindəki təsirli rolunu davam etdirəcək və beynəlxalq təhlükəsizliyə nail olmaq üçün çalışacaq. “Biz digər ölkə və təşkilatlarla imzaladığımız nizamnamələrə və sazişlərə hörmətlə yanaşırıq”, – Sultan Heytəm əlavə edib.

Qeyd edək ki, Omanın birinci Sultanı Qabus bin Səid uzun sürən xəstəlikdən sonra yanvarın 11-də 79 yaşında vəfat edib. O, 49 il Omana rəhbərlik edib.