Özdəmirdən Davudoğluna: Bunları o vaxt niyə demədin?

Sən Xarici İşlər naziri və Baş nazir oldun. Əgər o vaxt baş verənləri qəbul edə bilmirdinsə, əlini masaya vurub istefa verərdin. İndi çıxıb deyirsən ki, mən belə dedim, elə söylədim. Sən bunları o vaxt niyə demədin?

Özdəmirdən Davudoğluna: Bunları o vaxt niyə demədin?
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu türkiyəli jurnalist Cüneyt Özdəmir Gələcək Partiyasının sədri Əhməd Davudoğluna müraciətində bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu "Gəzi" olayları zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Gəzi parkına aparmaq istədiyini, ancaq onun gəlmək istəmədiyini bildirib:
"Gəzi" olaylarından 17 dekabr prosesinə qədər hər məsələdə fikirimi bildirdim, etiraz etdim. Bunların bir qismində uğurlu oldum".