Parisdə qaçaq miqrantların düşərgəsi dağıdıldı

Fransanın pataxtı Paris şəhərinin hakimiyyət orqanları bu səhərdən etibarən şəhərin şimalındakı qanunsuz miqrant düşərgəsini dağıtmağa başlayıb.

Parisdə qaçaq miqrantların düşərgəsi dağıdıldı
https://peyk.az

Peyk.az xəbər verir ki, Paris prefekturasının “Tvitter”dəki mesajında deyilir:

“Parisin şimalındakı Obervilye kommunasının girişindəki qanunsuz düşərgənin sakinlərinin evakuasiyası və sığınacaq verilməsi əməliyyatı başladıldı”.

2019-cu ilin noyabr ayında Fransa polisi İtaliya sərhədi yaxınlığındakı Sahilyanı Alp departamentində bir yük maşınını yoxlayarkən, Pakistandan 31 qanunsuz miqrant aşkarlamışdı.