Paşinyan məhkəməyə verildi

Ermənistanın təbiəti mühafizə və təbii ehtiyatlar üzrə təftiş orqanının rəis müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Paşinyan məhkəməyə verildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə-informasiya sistemi məlumat verib.

Bildirilib ki, Sarkisyan işdən çıxarılması barədə baş nazirin qərarının etibarsız sayılmasını tələb edib. Bununla da keçmiş məmur vəzifəsinə bərpa olunmağı istəyir.

Məlumata görə, Nikol Paşinyan oktyabrın 23-də Sarkisyanı tutduğu vəzifədən azad edib. Onunla birlikdə qurumun digər rəis müavini Armen Akopyan da tutduğu vəzifədən uzaqlaşdırılıb.

İqor Sarkisyanın işdən azad edilməsi ilə bağlı rəsmi məlumat yayılmayıb. Ancaq KİV-in araşdırmasına əsasən, onun işdən uzaqlaşdırılması Ermənistandakı Amulsar qızıl yatağı ilə bağlı mövcud problemlə bağlıdır.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan baş müşavirləri Arsen Qasparyan və Aram Qaribyan, eləcə də müşaviri Mqer Saakyanı da vəzifədən azad edib.