Paşinyanın komandası “çat verdi” – Karapetyan getdi

Vladimir Karapetyan Ermənistanın baş nazirinin mətbuat katibi vəzifəsindən azad edilib.

Paşinyanın komandası “çat verdi” – Karapetyan getdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Karapetyan özü məlumat verib.

“Bu gündən etibarən Baş nazirin sözçüsü olaraq fəaliyyət göstərmirəm. Bu, baş nazirin ofisində əla bir təcrübə oldu. Təşəkkür edirəm”, - Karapetyan deyib.

Karapetyanın baş nazirin sözçüsü vəzifəsindən azad edilməsi barədə sərəncam artıq hökumət saytında dərc olunub.

Xatırladaq ki, Karapetyan 2018-ci ilin fevralından bu postu tuturdu. Bundan əvvəl o, ilk prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqres partiyasının üzvü idi.