PENTAQON MİNLƏRLƏ HƏRBÇİSİNƏ YAXIN ŞƏRQDƏ ƏMƏLİYYATLARA HAZIR OLMAQ ƏMRİ VERDİ

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 4,5 min dənizçi və dəniz piyadasına ehtiyac yaranacağı halda, Yaxın Şərqdə hərbi əməliyyatları dəstəkləmək üçün hazır olmasını əmr edib.

PENTAQON MİNLƏRLƏ HƏRBÇİSİNƏ YAXIN ŞƏRQDƏ ƏMƏLİYYATLARA HAZIR OLMAQ ƏMRİ VERDİ
https://peyk.az

“The Washington Post” bu barədə ABŞ Müdafiə Nazirliyinin adı gizli saxlanılan nümayəndəsinə istinadən informasiya yayıb.

Bununla belə, mənbə “Bataan” desant qrupunun yerini açıqlamaqdan imtina edib.

Yanvarın 3-də nəşrə danışan digər mənbə isə Aralıq dənizi rayonunda ABŞ hərbçilərinin hazır vəziyyətdə saxlandığını və ehtiyac olacağı halda bölgəyə göndəriləcəyini açıqlamışdı.