“Planet gözəli” qəzada həlak oldu - FOTO

“Planet gözəli” qəzada həlak oldu - FOTO
https://peyk.az

2012-ci ildə “Miss Pakistan” tacını qazanan Zanib Navid avtomobil qəzasında həlak olub.  Bu barədə “Life.ru” xəbər yayıb.

Bildirilib ki, ABŞ-ın Merilend ştatında polislər gecəyarısı “Baltimor Avenyu” küçəsində çevrilmiş “Mercedes-Benz” aşkarlayıblar.

Qəzaya düşmüş avtomobilin yanında isə Zanibin meyiti olub. İlkin məlumatlara görə, döngədə qızın avtomobili səkiyə çırpılıb, bundan sonra maşın çevrilərək əks istiqamətdə yola çıxıb.

Maşında qızdan başqa heç kim olmayıb. Zanibin qanında spirt aşkarlanmayıb. Qız Nyu-Yorkun Pomona bölgəsində yaşayırdı. Təxmini hesablamalara görə, evə çatması üçün onun 4 saatı qalıbmış.

Həmin vaxt Kopenhagendə olan Zanibin əri Əli Heydər Şah isə baş verənlərə inana bilmir.

Qeyd edək ki, Zanib Navid 2011-ci ildə Nyu-Yorkda Peys Universitetini bitirib. 2012-ci ildə isə Kanadada keçirilən “Miss Pakistan dünya” müsabiqəsində qalib olub. Sonra o, öz ölkəsini  “Planet gözəli” müsabqəsində təmsil edib.