Pol Poqba əməliyyat olunub

"Mançester Yunayted"in futbolçusu Pol Poqba əməliyyat olunub.

Pol Poqba əməliyyat olunub
https://peyk.az

Bununla bağlı fransalı yarımmüdafiəçi şəxsi İnstagram səhifəsində paylaşım edib. Ayaq biləyindən əməliyyat edilən futbolçunun təxminən bir ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba zədə səbəbindən 3 aylıq fasilədən sonra dekabrın sonlarında iki oyunda iştirak edib. Sonuncu matçda isə zədəsini yeniləyib.