Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu

Braziliyada yol kənarına eniş etmək istəyən vertolyotun pərləri yük maşınına çırpılıb.

Polisləri daşıyan vertolyot yük maşını ilə toqquşdu
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun pərləri parçalanıb. Əməliyyata gedən polisləri daşıyan vertolyotun içərisində 5 nəfər olub.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.