Polşa prezidenti Putinə görə tədbirdən imtina etdi

Polşa Prezidenti Anjey Duda Ümumdünya xolokost xatirə forumuna qatılmaq üçün İsrailə getməkdən imtina edib.

Polşa prezidenti Putinə görə tədbirdən imtina etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Buna səbəb forumun əsas qonağı olan Rusiya Prezidenti Vladimir Putinin planlaşdırılan səfəri, həmçinin, ötən il “polşalılar antisemitizmi ana südü ilə əldə edir” açıqlamasını verən İsrailin Xarici İşlər naziri İsrail Katzın tədbirin təşkilatçılarından biri olması göstərilir.

Qeyd edək ki, Auşvitz-Birkenau həbs düşərgəsinin azad olunmasının 75 illiyi münasibətilə ümumdünya Xolokost xatirə forumu 22-23 yanvar tarixlərində Qüdsdə “Yav Vaşem” memorial kompleksində təşkil ediləcək.