Polşada ədliyyə nazirini öldürmək istəyən şəxs saxlanıldı

Polşanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfərin qətlində şübhəli bilinən, habelə daha bir sui-qəsdə hazırlaşan 28 yaşlı kişini saxlayıblar.

Polşada ədliyyə nazirini öldürmək istəyən şəxs saxlanıldı
https://peyk.az

Peyk.az xarici mətbuata istinadən xəbər verir ki, polislər saxlanılan Yan S-nın ölkənin ədliyyə naziri Yan Zebroya və narkomafiyaya qarşı işlə məşğul olan prokuroru öldürməyə hazırlaşdığını güman edirlər.

Cinayətkar artıq bununla bağlı əlbir olduğu digər şəxsə 23,5 min avro da ödəyib. Lakin sonuncu tapşırığı yerinə yetirməyə müvəffəq olmayıb. 

Qatil narkotik alverçilərinə qarşı əməliyyat zamanı saxlanılıb. O, dindirilmə zamanı naziri öldürməyə hazırlaşdığını etiraf edib.

"Cinayətkarın asayiş keşikçiləri ilə "hesablaşmaq" cəhdi onu göstəririr ki, hüquq mühafizə orqanları "ağ ölüm” tacirləri ilə müvəffəqiyyətli mübarizə aparırlar”, - deyə nazir özü bildirib.