Pomidoru soyuducuda saxlayanlar MÜTLƏQ OXUSUN!

Araşdırmalara əsasən, pomidorun soyuducuda saxlanılması doğru deyil.

Pomidoru soyuducuda saxlayanlar MÜTLƏQ OXUSUN!
https://peyk.az

Peyk.az-ın məlumatına görə, 12 dərəcədən aşağı temperaturda saxlanılan pomidor təzə qalsa da, dadı tamamilə dəyişir.

ABŞ-ın Florida Universitetinin tədqiqatçıları isə iri marketlərdə satılan pomidorların görünüşü yaxşı olsa da, niyə dadsız olduğuna aydınlıq gətiriblər. Onlar qeyd edirlər ki, pomidorlar soyuduculara qoyulur, sonra bir neçə gün otaq temperaturunda saxlanılır.

Bundan başqa, pomidorların yetişməsi üçün lazım olan müddət gözlənilmir və vaxtından əvvəl yığılaraq tez əmələ gəlməsi üçün qazdan istifadə olunur.