Pompeo: “Putin və Ərdoğandan səmimi...”

Görüləcək çox iş var. Liviya qarmaqarışıq bir savaş meydanıdır. Lakin prezident Ərdoğandan, prezident Putindən, kansler Merkeldən, eləcə də BMT-nin Liviya üzrə xüsusi təmsilçisi Selamidən səmimi təkliflər oldu. Onlar riskləri azaldıb atəşkəsi həyata keçirəcəklərini dilə gətirdilər.

Pompeo: “Putin və Ərdoğandan səmimi...”
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Berlin konfransını tərk etdikdən sonra təyyarədə jurnalistlərə deyib.

Dövlət katibi Liviya prosesini yaxından izləyəcəklərini qeyd edib:

“Artıq daha az zorakılığın və şiddətin olacağına ümid edirəm. Maraqlı bütün tərəflərin Liviyada silah embarqosuna əməl edəcəklərini gözləyirəm”.