Pompeo: Vaşinqton Belarusdan Rusiya ilə ABŞ arasında seçim etməyi xahiş etmir

ABŞ hökuməti Belarusdan Moskva ilə Vaşinqton arasında seçim etməyi xahiş etmir.

Pompeo: Vaşinqton Belarusdan Rusiya ilə ABŞ arasında seçim etməyi xahiş etmir
https://peyk.az

Peyk.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

Pompeo qeyd edib ki, Belarus və Rusiya arasında münasibətlərin “uzun tarixi” var. O, ABŞ-ın Minskə seçim etmədiyini xüsusi vurğulayıb.

Bundan başqa, dövlət katibi Birləşmiş Ştatların yaxın vaxtlarda Belarusda öz səfirini təyin etmək niyyətində olduğunu bəyan edib.

Pompeo görüşdə Vaşinqtonun respublikada insan hüquqlarından narahat olduğunu da bildirib.

“Biz bu islahatları təşviq edəcəyik ki, insanların hüquqları qorunsun. Əminik ki, biz birlikdə uğur qazana bilərik”, – deyə Pompeo qeyd edib.

Amerika nümayəndə heyətinin təyyarəsi fevralın 1-də Minsk Milli Aeroportunda enib.

Əvvəlcə dövlət katibi Belarusa 4 yanvar 2020-ci ildə səfər etmək niyyətində olub, lakin səfər Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən təxirə salınıb.