Putin Ərdoğanı Krıma dəvət etdi, rədd cavabı almadı... - Lavrov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krıma səfərə dəvət edilib və o, rədd cavabı verməyib.

Putin Ərdoğanı Krıma dəvət etdi, rədd cavabı almadı... - Lavrov
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.

Türkiyənin Krımla bağlı mövqeyini bildiklərini deyən Lavrov Ərdoğanın yarımadada baş verənləri özünün görməsinin lazım olduğunu söyləyib:

"Türkiyənin Krım tatarları ilə bağlı mövqeyində yeni heç bir şey dilə gətirilməyib. Ərdoğan Putinlə mütəmadi görüşlərdə də eyni münasibəti sərgiləyir. Türkiyənin bu fikirini bilirik. Düşünürük ki, Krımda baş verənləri kənardan yox, öz gözləri ilə görməlidir".

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan Krımın anneksiyasını heç vaxt tanımayacaqlarını bildirmiş və Krım tatarlarının taleyindən narahatlığını bir daha dilə gətirmişdi.