Putin cəzalandırmır, amma unutmur da...

Rusiya Prezidenti Vladimir Putin heç kimi cəzalandırmır, amma heç kimin əməlini də unutmur.

Putin cəzalandırmır, amma unutmur da...
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Moldova lideri İqor Dodon deyib. O, illər keçməsinə rəğmən Putinin müəyyən hadisələri kiçik detallarına qədər xatırladığını və bunun onda təəccüb yaratdığını bildirib.

Dodon həmçinin rus liderlə görüşdə istənilən çətin məsələni açıq müzakirə etməyin mümkün olduğunu deyib.