Putin Medvedevi bu vəzifəyə təyin etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsinin yaradılması haqqında fərman imzalayıb.

Putin Medvedevi bu vəzifəyə təyin etdi
https://peyk.az

Peyk.az Rusiya mediasına istinadən xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Fərmanda deyildiyi kimi, Təhlükəsizlik Şurası sədrinin müavini Rusiya Federasiyasının Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Onun səlahiyyətləri də Prezident tərəfindən müəyyən edilir. Bundan əvvəl Putin hökumətin istefası haqda bəyanat verdikdən sonra Rusiyanın sabiq Baş naziri Dmitri Medvedevə Təhlükəsizlik Şurasının sədr müavini postunu tutmağı təklif edib. Nazirlər Kabinetinin yeni rəhbəri Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustindir.