Putin və Zelenski işgüzar əlaqə qurublar - Kreml

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski artıq aralarında işgüzar və effektli bir əlaqə qurublar.

Putin və Zelenski işgüzar əlaqə qurublar - Kreml
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Son hadisələr göstərdi ki, iki prezident arasında olduqca effektli işgüzar əlaqə qurulub. Putinlə Zelenski arasındakı əlaqə sensasiya deyil. Bu, adi iş prosesidir”, - Peskov bildirib.