Putin yeni hədəflərini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında baş tutan Təhlükəsizlik Şurasının iclasında ilk hədəfinin parlamenti gücləndirmək olduğunu bildirib.

Putin yeni hədəflərini AÇIQLADI
https://peyk.az

Peyk.az xəbər verir ki, iclasda Baş nazir Mixail Mişustin, vitse-prezident Dmitri Medvedev, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və bir çox rəsmilər iştirak edib.

Şura üzvləri ilə edilən müzakirələrin əsasında yeni Konstitusiya çalışmaları və parlamentdəki dəyişikliklər olub.

Yeni Konstitusiya dəyişikliklərinə əsasən, Rusiyada bir dövlət başçısının ikinci dəfə prezident seçilə bilməsinin qarşısının alınması hədəflənib.

Putin eyni zamanda Rusiya üçün böyük əhəmiyyət kəsb edən agentlik və təşkilat rəhbərlərinin Təhlükəsizlik Şurası ilə məsləhətləşərək ortaq qərarla təyin olunmalarını tələb edib.