Putinlə anlaşa bilmədi, Bakıya üz tutdu – Lukaşenkodan gözlənilməz qərar

Rusiya ilə neftin qiymətlərində anlaşa bilməyən Belarus neft ixrac edən ölkələrə müraciət edib.

Putinlə anlaşa bilmədi, Bakıya üz tutdu – Lukaşenkodan gözlənilməz qərar
https://peyk.az

Peyk.az xəbər verir ki, Belarusun iqtisadiyyat naziri Dmitri Krutoy hökumətin bir çox ölkədən neft almaq üçün fəaliyyətə başladığını açıqlayıb.

Nazir qeyd edib ki, hökumət alternativ mənbələrə çıxış əldə etmək üçün tədbirlər planı hazırlayıb: “Bu gün həmin ölkələrin neft şirkətləri ilə danışıqlara başlamışıq. Artıq təkliflər almışıq”.

Dmitri Krutoy bir sıra bölgə ölkələri ilə yanaşı, neft almaq üçün Azərbaycana da müraciət etdiklərini deyib:

“Ukrayna, Azərbaycan, Qazaxıstan, Polşa və Baltikyanı ölkələrdən neft almaq üçün təkliflərimizi vermişik. 2011-ci ildə Rusiya ilə gömrük sahəsində anlaşma imzalamağımıza baxmayaraq, qarşı tərəfin məntiqsiz qərarları ilə üz-üzə qalmışıq”.

Ötən il ərzində Rusiyadan daha ucuz neft və təbii qaz almaq üçün bazarlıq etməyə çalışan Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə anlaşa bilməyib.