“Putinlə göz-gözə…” - Poroşenkodan Zelenskiyə məsələhət

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko xələfi Vladimir Zelenskiyə dekabrın 9-da “Normand formatı” çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək təkbətək görüşlə bağlı xəbərdar edib.

“Putinlə göz-gözə…” - Poroşenkodan Zelenskiyə məsələhət
https://peyk.az

Peyk.az xəbər verir ki, “Ukrainskaya Pravda” qəzetində nəşr olunan materialda sabiq prezident ölkənin hazırkı rəhbərinə bəzi tövsiyələr verib.

Beləliklə, Poroşenko Zelenskiyə sammitdə “qaz məsələsi”ni müzakirə etməməyi məsləhət görüb. Qeyd edib ki, “Rusiyaya Ukrayna üçün əlverişsiz olan razılaşma paketi formalaşdırmağa imkan vermək olmaz”. P.Poroşenkonun sözlərinə görə, “ucuz” qaz Ukraynanı “siyasi trekdə” ciddi güzəştə getməyə məcbur edə bilər.

“Ən vacib məsləhət: Putinə etibar etməyin... Mən sizə Putinlə göz-gözə görüşməməyi məsləhət görürəm”, – deyə o qeyd edib.

Bundan əvvəl P.Poroşenkonun “Avropa Həmrəyliyi” fraksiyası V.Zelenskiyə “Normand formatı” sammiti öncəsi “keçilməsi qəbuledilməz olan qırmızı xətləri” müzakirə etməyi təklif edib.

Dekabrın 2-də V.Zelenski dekabrın 9-da Parisdə keçiriləcək “Normand format”ı sammitinin Donbasdakı vəziyyətlə bağlı dialoqa başlamaq üçün “yaxşı bir fürsət” adlandırmışdı.