"Qalatasaray" "Monako"nun hücumçusunu icarəyə götürüb

Türkiyənin "Qalatasaray" klubu "Monako"nun futbolçusu Henri Onyekurunu transfer edib. 

https://peyk.az

Peyk.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb. Onyekuru ilə Rusiya "Lokomotiv"i də maraqlanırdı. 

Nigeriyalı forvard "Monako"ya 2019-cu ilin yayında İngiltərə "Everton"undan 13,5 milyon avroya keçib. Gənc oyunçu cari mövsümdə 4 matçda 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. 

Qeyd edək ki, hazırda "Qalatasaray" Türkiyə Super Liqasında 17 oyundan 27 xalla 7-ci yerdə gedir.