“Qalatasaray” rəhbərliyi Arda transferini rədd etdi – Terimdən açıqlama

“Qalatasaray” rəhbərliyi keçmiş futbolçusu Arda Turanın komandaya qayıtmaqla bağlı təklifi rədd edib.

“Qalatasaray” rəhbərliyi Arda transferini rədd etdi – Terimdən açıqlama
https://peyk.az

Peyk.az-ın xəbərinə görə, baş məşqçi Fatih Terim keçirdiyi mətbuat konfransında Arda Turanın transferi ilə əlaqədar klubun prezidenti və vitse-prezidenti ilə görüşdüyünü söyləyib.

“Mən klubun öz yetirməsinə, bir dəyərinə sahib çıxması təklifini irəli sürdüm. Amma onlar bu qərarda olmadıqlarını dedilər. Bu, fikir ayrılığıdır” – deyə Terim qeyd edib.

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz də bu gün keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, Arda Turan onların tranfer gündəmində yoxdur: "Sevgili camiəmizə ifadə edirəm ki, bu qardaşımız transfer planlarımıza daxil deyil. Bunu söyləməkdən bezmişəm. Bu mövzunun qapanmasını istəyirəm".

Xatırladaq ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan bir müddət əvvəl icarə qaydasında çıxış etdiyi “Başakşehir”i tərk edib.