Qar helikopteri magistrala enməyə məcbur etdi

Rusiyanın Yamal yarımadasına işçiləri daşıyan helikopter qar fırtınası səbəbindən magistral yola enməyə məcbur olub.

Qar helikopteri magistrala enməyə məcbur etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, Mi-8 helikopterinin pilotları bir neçə dəfə yerə endirməyə cəhd edib, ancaq hər cəhd uğursuz olub.

Bu da helikopterdə olan işçilərin ciddi narahatlığına səbəb olub.

Sonda helikopter Yamburq qəsəbəsinin magistral yoluna eniş edə bilib. Hadisə zamanı yaralanan olmayıb.