Qara ciyəri spirtdən necə təmizləməli?-Alimlərdən açıqlama

Spirtli içki qəbulu qara ciyərə ziyan vurur. 

Qara ciyəri spirtdən necə təmizləməli?-Alimlərdən açıqlama
https://peyk.az

Peyk.az-ın məlumatına görə, Çinin Tszilinsk Kənd Təsərrüfatı universitetinin alimləri qara ciyəri bu ziyandan sonra necə bərpa etməyin yollarını araşdırıblar. Məlum olub ki, turş süd məhsullarının tərkibində olan laktobakteriyalar qara ciyəri bərpa edir.
Siçanlar üzərində aparılan təcrübə müəyyən edib ki, 8 həftə xroniki spirtli içki qəbulundan sonra laktobakteriyalar və bifidobakteriyaların miqdarı azalıb. Bununla belə, bağırsaqlarda pH artıb və patogen bakteriyaların miqdarında artım müşahidə edilib.
Qeyd edək ki, laktobakteriyalar yoqurt, kefir, kəsmik, xama və digər süd məhsullarının tərkibində olur.