"Qarabağ"la oyun faciəvi idi" - "Düdelanj"ın baş məşqçisi

"İstəyirik ki, tətilə çıxmazdan öncə yaxşı nəticə qazanaq. Bizim üçün matçın əhəmiyyəti azdır. Daha çox "Qarabağ" üçün əhəmiyyətlidir".

https://peyk.az

Peyk.az-ın məlumatına görə, bu sözləri Lüksemburq "Düdelanj"ının baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi ilə son oyun faciəvi idi: "Evdəki maçt müəyyən səbəblərə görə dayandı və qırmızı vərəqə də aldıq. Sabah məqsədimiz bu səhvləri təkrarlamamaqdır. Elə oyun keçirmək istəyirik ki, Lüksemburqdakı matçı unutduraq".

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-da start götürəcək.