Qasım Süleymaninin qızı Ruhaniyə elə sual verdi ki...

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında öldürülməsindən sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhani generalın ailəsini ziyarətə gedib.

Peyk.az xəbər verir ki, İran televiziyalarının da canlı yayımladığı ziyarət əsnasında Süleymaninin qızı Ruhaniyə "atamın intiqamını kim alacaq" sualını verib.

İran prezidenti isə cavabında "hamısının intiqamını alacağıq, heç narahat olmayın" deyib.

Qeyd edək ki, Qasım Süleymaninin iki qızı və üç oğlu var.