Qatarda körpəsi çox ağladığı üçün görün nə etdi - Yarıçılpaq vəziyyətdə... (VİDEO)

Rusiyada yaşanan valideyn zorakılığı gündəm olub.

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Simferepol – Moskva istiqamətində hərəkət edən qatarda baş verib. Gecə saatlarında kupelərin birindən yarıçılpaq halda çıxan qadın 10 aylıq körpəsini vaqonun ayaq yolunun qarşısına atıb. 36 yaşlı sərxoş qadın bu əməlini körpəsinin çox ağladığı üçün edib. Qadının 7 yaşlı digər qızı anasına mane olmağa çalışsa da, bu mümkün olmayıb. Daha sonra kupedən çıxan və qadının sevgili olduğu öyrənilən kişi körpəni qucağına alıb.

Hadisə qatarın kameraları ilə lentə alınıb. Növbəti stansiyada ailə qatardan düşürülərək polis şöbəsinə aparılıb. Körpə övladına qarşı zorakılıq edən qadın barəsində cinayət işi açılıb.