Qeydə alınmış ən gənc namizəd: 19 yaşlı tələbə

Fevralın 9-da parlamentə keçiriləcək seçkilərdə qeydə alınan ən gənc namizədin 19 yaşı var.

Qeydə alınmış ən gənc namizəd: 19 yaşlı tələbə
https://peyk.az

Peyk.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizədlərin məlumatlarında Ömər Elşən oğlu Mirzəzadənin ən gənc namizəd olduğu üzə çıxıb. 17.06.2001-ci il təvəllüdlü Ö.Mirzəzadənin namizədliyi 46 saylı Şirvan seçki dairəsindən qeydə alınıb. O, hazırda tələbədir.

Digər 19 yaşlı namizəd isə Nihad Vasif oğlu Veysovdur. 21.04.2001-ci il təvəllüdlü N.Veysov 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizədliyini irəli sürüb.