"Qırmızı xalı" köhnə sevgililərin görüş yeri oldu

77-ci dəfə baş tutan "Qızıl Qlobus"un təqdimat mərasimi maraqlı anlarla yadda qalıb.

https://peyk.az

Peyk.az-ın məlumatına görə, mükafatlandırmada ən çox adı üç məşhurun - Bred Pitt, Cennifer Eniston və Qvinet Peltroyun adı çəkilib. "Qırmızı xalı" köhnə sevgililərin görüş yeri olub.

Bir vaxtlar Bred Pitt ilə evlənən Cennifer Eniston və əvvəllər nişanlandığı Qvinet Peltroy bir-birinin ardınca "Qırmızı xalı"ya çıxıb.

Mükafatlandırma mərasimindən maraqlı görüntüləri təqdim edirik:

Pittin uzun müddət nişanlı qaldığı, ayrıldığı Qvinet Peltroy hazırda Bred Falçukla evlidir. Ancaq Peltroy qırmızı xalçada tək görütülənib.

Qırmızı xalçanın ən çəkici cütlüyü Runni Mara və Xoakin Feniks olub. Məşhur cütlük qırmızı xalçada fotoqraflara maraqlı şəkildə poz verib.

Kinonun ən yaraşıqlı Ceyms Bondu olan Prins Brosnan həyat yoldaşı Kili Şey Smit, həmçinin Paris və Dilan adlı iki oğlu ilə birlikdə qırmızı xalçada idi. Prins Brosnan və Kili Şey Smit Hollivudun ən xoşbəxt cütlüklərindən biri kimi tanınırlar.

Qızıl Qlobusda hər il ənənə olaraq bir məşhurun ​​uşağı təqdim olunur. Bu il Brosnan qardaşları bu vəzifəyə seçilib. Gecənin qonaqları qırmızı xalçada görünməyə başladılar.

Qreta Qervinq bu ilin ən iddialı filmlərindən biri olan “Kiçik Qadınlar”la yadda qalıb.

Ellen de Jener gecəyə həyat yoldaşı Portiya de Rossi ilə birlikdə qatılıb.

Kerry Vaşinqton gecənin ən cəsarətli geyimlərindən birini geyinərək yaddaşlarda qalıb.

Leonardo De Kaprio gecəyə sevgilisi Kamila Morrone olmadan qatılıb.