Qiyməti 265 milyon avrodur!

Beynəlxalq İdman araşdırmalar mərkəzi (CIES) 2020-ci ildə dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Qiyməti 265 milyon avrodur!
https://peyk.az

Peyk.az xəbər verir ki, siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Fransa millisinin üzvünün transfer qiyməti 265.2 milyon avro olaraq qiymətləndirilib.
 
“Mançester Siti”dən Rahim Sterlinq 2-ci (223.7 milyon avro), “Liverpul”dan Məhəmməd Salah 3-cü (175,1 milyon avro) olub.
 
Futbolçuların dəyəri yaş, oynadıqları liqa və bəzi statistikalara əsasən hesablanıb.

Dünyanın ən dəyərli 10 futbolçusu

1.Kilian Mbappe (PSJ) - 265.2 milyon avro
2.Rahem Sterlinq ("Mançester Siti") - 223.7 milyon
3. Məhəmməd Salah ("Liverpul") - 175.1 milyon
4. Yadon Sanço ("Borussiya" Dormund) - 168.9 milyon
5. Sadio Mane ("Liverpul" - 155.6 milyon

6. Harri Keyn ("Tottenhem" - 150.5 milyon
7. Markus Reşford ("Mançester Yunayted) - 134.3 milyon
8. Lionel Messi ("Barselona") - 125.5 milyon
9. Antuan Qrizmann ("Barselona" - 123.6 milyon
10. Lautaro Martines ("İnter" - 115.7 milyon