Qızıl son 7 ilin rekordunu yenilədi

Dünya bazarlarında qızılın qiyməti yüksələrək 1588,13 dollara çatıb.

Qızıl son 7 ilin rekordunu yenilədi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu məlumatı “Blomberq” yayıb.

Məlumata görə, qızıl bununla 2,3% bahalaşıb və 2013-cü ilin aprelində qeydə alınan rekordu yeniləyib. Qızılın qiymətinin yüksəlməsinə əsas səbəb kimi isə ABŞ və İran arasındakı konflikt göstərilib.