Qorxunc epidemiya yayılır: artıq 6 min nəfərin həyatına son qoydu

Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub.

Qorxunc epidemiya yayılır: artıq 6 min nəfərin həyatına son qoydu
https://peyk.az

Peyk.az-ın məlumatına görə, epidemiya ölkənin 26 əyalətində qeydə alınıb.

Təkcə son bir ay ərzində ölənlərin sayı min nəfəri keçib.

Qeyd olunur ki, ölkə ərazisində bir il ərzində 310 min yoluxma halı qeydə alınıb. Qızılcaya yoluxanların təxminən 25 faizi 5 yaşından aşağı uşaqlardır.