Qriboyedovu təhqir edənə pis söz demək istəmirəm – Ermənistanın vitse-spikeri

Ermənistan parlamenti sədrinin müavini, Ermənistan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Alen Simonyan rus şairi və diplomatı Aleksandr Qriboyedova İrəvanda qoyulmuş abidənin təhqir olunmasına münasibət bildirib.

Qriboyedovu təhqir edənə pis söz demək istəmirəm – Ermənistanın vitse-spikeri
https://peyk.az

Peyk.az xəbər verir ki, o, monumenti boya ilə boyayan erməni radikal hərəkatı – “Tseqakron”un sədrinin oğlu Şaqen Arutunyanın hərəkətini vandalizm adlandırıb.

“Bu şəxs Qriboyedovun kim olduğunu, hansı rol oynadığını və niyə öldürüldüyünü bilmir. Qiymətləndirmə verərkən pis sözlər işlətmək istəmirəm, amma inanın, onlar burada azdır. Bu vandalizmdir”, – deyə Simonyan bildirib.

Ermənistan parlamenti spikerinin müavini əlavə edib ki, bu hadisə ilə hüquq-mühafizə orqanları məşğul olur.

“RİA Novosti” agentliyinin bildirdiyinə görə, Ş.Arutyunyan bu addımı atmaq qərarına Rusiyada erməni milli hərəkatının ideoloqu və Vermaxtın “Erməni legionu”nun yaradıcısı Qaragein Njdenin heykəlinin boyanmasından sonra gəlib.