Qvardiola bu turnirin ləğv olunmasını istəyir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa kuboku turnirinin ləğv olunmasını istəyir.

Qvardiola bu turnirin ləğv olunmasını istəyir
https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. İspan mütəxəssis deyib ki, mövsüm ərzində oyunların çoxluğu futbolçular zədələnməsinə səbəb olur və bu komandaya neqativ təsir edir. Bu səbəbdən o, İngiltərə liqa kubokunun ləğv olunmasını düzgün hesab edir:

"Bu halda daha az matç və daha az turnir olacaq. Bu isə keyfiyyətin artmasına səbəb olacaq. İnsanlar futbol olmadan da bir müddət yaşaya bilərlər".