Rakitiç "Yuventus"a keçə bilər

"Yuventus" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Rakitiç
https://peyk.az

Peyk.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istəyir. 31 yaşlı xorvatiyalı oyunçu komandanın əsas heyətində az şans verildiyi  üçün Kataloniya təmsilçisindən ayrılmağa hazırdır.

Qeyd edək ki, İ.Rakitiç 2014-cü ildən "Barselona"nın formasını geyinir.