Ramzan Kadırov vəzifədən getdi

Çeçenistan rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb.

Ramzan Kadırov vəzifədən getdi
https://peyk.az

Peyk.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Çeçenistan Respublikası rəhbərinin rəsmi saytında açıqlama verilib. Bildirilib ki, Ramzan Kadırov müvəqqəti əmək qabiliyyətini itirməsinə görə, Konstitusiyanın 76-cı maddəsinə uyğun olaraq belə addım atıb.

Respublikaya rəhbərlik müvəqqəti olaraq Müslim Xuçiyevə həvalə edilib.